Paşinyan koronavirusa yoluxdu: SanktPeterburqa getməyəcək

25.12.2024

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus testinin müsbət çıxması səbəbindən MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Paşinyan Facebook sosial şəbəkəsində yazıb.
“Bazar ertəsi, dekabrın 23-də Covid üçün müsbət test etdim. Dekabrın 23 və 24-də özümü təcrid etdim və iqamətgahda işlədim. Dekabrın 25-də diaqnozum artıq mənfi idi və mən adi işimə qayıtdım.

Həmkarlarımla məsləhətləşdikdən sonra bu gün Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm.
Günün sonuna kimi mən sabah AİB-nin Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar verəcəyəm”, - . deyə o, qeyd edib.


Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью