Paşinyan Kremlin təklifini qəbul etdi: İclasa belə qatılacaq

26.12.2024

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) liderlərinin iclasında iştirak etməyəcək. 

Globalinfo.az xəbər verir ki, Sankt-Peterburqda baş tutacaq iclasa baş nazirin müavini Mqer Qriqoryan qatılacaq.

Baş nazir adminitrasiyasının mətbuat katibi Nazeli Baqdasaryan Paşinyanın toplantıya onlayn qoşulacağını açıqlayıb.

Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl koronavirusa yoluxduğunu, bu səbəbdən MDB sammitinə qatılmayacağını bəyan edib. Lakin o, Aİİ-nin iclasına qatıla biləcəyini söyləyib. Moskva isə Paşinyanın iclasa videoəlaqə vasitəsi ilə qoşulmasını təklif edib.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью