Paşinyan: “KTMT də fəal iştirakımızı dayandırmaq silah bazarını üzümüzə açıb”

28.01.2026

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

“Ordu əvvəllər heç vaxt sahib olmadığı keyfiyyətə və xüsusiyyətlərə malik çoxlu sayda müasir silah və hərbi texnika əldə edilib"

Ermənistanın xarici tərəfdaşları silahların gizli xüsusiyyətlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin əlinə keçəcəyindən qorxaraq İrəvana silah satmaqdan imtina ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Telegram” kanalında yazıb.

Paşinyan bildirib ki, Ermənistan KTMT-də fəal üzvlüyünü dayandırdıqdan sonra çoxlu sayda müasir silah və avadanlıq əldə edilib.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar uzun müddətdir ki, beynəlxalq səviyyədə tanınmış sərhəd xaricində istifadə riski səbəbindən Ermənistana silah satmaqdan imtina ediblər.

“Ermənistan və Azərbaycan bir-birlərinə qarşı ərazi iddialarından imtina etdikdən sonra beynəlxalq silah bazarı açılıb. Ordu əvvəllər heç vaxt sahib olmadığı keyfiyyətə və xüsusiyyətlərə malik çoxlu sayda müasir silah və hərbi texnika əldə edilib", - Paşinyan qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью