Paşinyan KTMT sammitində iştirakdan imtina edib

27.11.2024

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sammitində iştirak etməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

Onun sözlərinə görə, İrəvanın KTMT-nin fəaliyyətində iştirakının dondurulması ilə bağlı mövqeyi dəyişməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью