Paşinyan KTMTnin Astana sammitində iştirak etməyəcək

27.11.2024

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etmək niyyətində deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli “24News” portalına Ermənistan hökuməti başçısının mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
“Ermənistanın KTMT-nin fəaliyyətində iştirakının dondurulması ilə bağlı mövqeyi dəyişməyib”, - o deyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyan oxşar qərarı açıqlamışdı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью