Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Avropa İttifaqı Ermənistan üçün əhəmiyyətli ticarət və iqtisadi tərəfdaşdır, lakin hazırda məsələ müqayisə deyil, Ermənistan üçün alternativlər yaratmaqdır".
"Cebheinfo.az" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 7 avqustda rusiyalı jurnalistlərlə söhbətində bildirib.
"Aİİ-dən bəzi həmkarları Ermənistanın heç kimə faydası olmadığını və heç yerdə xoş qarşılanmadığını bəyan etməklə bu prosesi təhrik etdilər.
Biz bu siqnalı mənfi deyil, müsbət qəbul etdik və işə başladıq, çünki reallıq tamamilə fərqlidir", - deyə Paşinyan əlavə edib.
Xatırladaq ki,"Ermənistan kimə lazımdır?" ifadəsini Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Xəzər "
Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin