Paşinyan MDB sammitindən imtina edib Səbəb koronavirusa yoluxmasıdır

25.12.2024

Icma.az, Anews portalına istinadən məlumat verir.

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxduğu üçün MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirakından imtina edib. Bu barədə ölkə mətbuatı baş nazirə istinadla yazıb.  

"Dekabrın 23 və 24-də özümü təcrid edib, yaşadığım yerdən işləmişəm. Dekabrın 25-də diaqnozum artıq mənfidir və mən normal iş qrafikimə qayıdıram. Bununla belə, həmkarlarımla da məsləhətləşərək, bu gün Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm”, - Paşinyan öz FB-də yazıb.

Aİİ-nin Ali İqtisadi Şurasının sabahkı iclasında iştirakla bağlı baş nazir günün sonuna kimi qərar verəcəyini bildirib. 

Aytac 


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью