Icma.az, Ayna saytına istinadən bildirir.
“İqtisadi sabitlik və enerji müstəqilliyi də təsvir etdiyim mənzərəni tamamlamaq üçün çox vacib komponentlərdir”
“Hazırkı hökumətin vəzifəsi beynəlxalq səviyyədə tanınmış ərazisi və açıq sərhədləri olan Ermənistanı gələcək nəslə təhvil verməkdir”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Restart Fondu tərəfindən təşkil edilən MaskOFF panel müzakirəsində deyib.
Baş nazir çıxışında qeyd edib ki, onun fikrincə, gənclər üçün yerinə yetirməli olduğu ən böyük vəzifə sülh müqaviləsinin imzalanması və təsdiqlənməsidir: "Mən gənclərə beynəlxalq səviyyədə tanınmış əraziləri və açıq sərhədləri olan Ermənistan Respublikasını - məcazi mənada - məhz bu vəziyyətdə təhvil verməliyəm. Mənim fikrimcə, fundamental məsələlər məhz buna əsaslanaraq həll edilməlidir. Və bu, eləcə də bundan irəli gələn sonrakı addımlar qeyd etdiyiniz gündəliyin həyata keçirilməsini müəyyən edəcək. Xüsusilə indi, Avropa İttifaqı ilə münasibətlərimizi dərinləşdirdiyimizi nəzərə alsaq, ümid edirəm ki, 2029-cu ilə qədər Avropa İttifaqı ilə viza liberallaşdırılması ilə bağlı qərarı artıq alacağıq və "Akademik Şəhər" layihəsi dönməz hala gələcək. Açıq sərhədləri olan dinc bir ölkə".
"Əlbəttə ki, iqtisadi sabitlik və enerji müstəqilliyi də təsvir etdiyim mənzərəni tamamlamaq üçün çox vacib komponentlərdir və mən hazırda bu məsələlərin həllinə diqqət yetirirəm. Birincisi, əlbəttə ki, sülhdür, sülhün təsis edilməsidir. Bu vəzifənin yerinə yetiriləcəyinə nə dərəcədə əminəm? Klassiklərin dediyi kimi, heç kim 100 faiz əminlik verə bilməz. Amma inanıram ki, bu vəzifə olduqca çətin olsa da, tamamilə mümkündür", - deyə qeyd edib.
Paşinyan həmçinin panel müzakirəsi iştirakçılarının çoxsaylı suallarını da cavablandırıb. Suallar Ermənistanın xarici və daxili siyasəti, Azərbaycanla sülhün bərqərar olması, delimitasiya prosesi, sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi istiqamətində atılan addımlar, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi və gələcək üçün gözləntilərlə bağlı olub.