Icma.az, Sherg.az saytına istinadən bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Minskdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasına onlayn formatda qatılıb.
Sherg.az xəbər verir ki, iclasın məhdud tərkibdə keçirilən hissəsində Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın hökumət başçıları iştirak edib.
İclasda logistika sahəsində əməkdaşlıq, inteqrasiya layihələri, elektron sənəd dövriyyəsi və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunur.
Günün ikinci yarısında iclasın geniş tərkibdə keçirilməsi planlaşdırılır.