Paşinyan Moskva üçün kifayət qədər faydalıdır Kiviryan

01.10.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“Qlobal planda Nikol Paşinyan hazırda Moskva üçün kifayət qədər sərfəlidir. Rusiyanın hazırda Ermənistandakı fəaliyyətini kəskin şəkildə aktivləşdirmək arzusunda deyil”.

Ölkə.az xəbər verir ki, bunu politoloq Arqişti Kiviryan deyib.

"Ermənistandakı fəaliyyətini kəskin şəkildə artırmaq üçün Rusiya bütün regionda fəaliyyətini artırmalıdır. Ermənistan regionda Rusiyadan ən uzaq ölkədir və onunla ümumi sərhədi, logistikası yoxdur”, - o vurğulayıb.

Erməni politoloqun fikrincə, Rusiya hələ də Ukrayna ilə məşğul olduğundan, Ermənistanda aparılan siyasət ona sərf edir, lazım olanda Moskvaya gedir və hətta Lukaşenkonun yanında oturur: "Paşinyan heç kimə etibarlı tərəfdaş deyil. Üstəlik, heç kim onu ciddi qəbul etmir. Sadəcə olaraq, Moskvanın kəskin addımlar atmaq arzusu olmadığından, xüsusən də hazırda Ermənistanda hakimiyyəti dəyişmək üçün alətlər olmadığından bu vəziyyət Paşinyan üçün  də məqbuldur".

Paşinyanın son günlərdə  Bakının ünvanına, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı  səsləndirdiyi fikilrərə gəldikdə Kiviryan deyib ki, Nikol Paşinyanın siyasi taleyi Bakıdan asılıdır. 

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью