“Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək” Simonyan

15.04.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak edəcək, çünki Böyük Vətən Müharibəsində qazanılan qələbə həm də erməni xalqının qələbəsidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə məlumat verib.
Alen Simonyan xatırladıb ki, Böyük Vətən müharibəsində 300 minə yaxın erməni həlak olub.
“Bu, həm də bizim qələbəmizdir, qələbə üçün 300 min erməni həlak olub, çoxlu erməni müttəfiqlərin ordularında vuruşub. Paşinyanın mayın 9-da Moskvaya səfərinin Aİ və ya digər məsələlərlə əlaqəsi yoxdur”, - Simonyan qeyd edib.
Qeyd edək ki, Paşinyanın Moskva səfəri ilə bağlı razılıq onun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı nəticəsində əldə olunub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью