Paşinyan Moskvanın dəvətindən imtina etdi

07.05.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ermənistan Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə Günü Paradında iştirak etməyəcək.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

Paşinyan qeyd edib ki, Ermənistanda seçki kampaniyasının başlaması səbəbindən Moskvada keçiriləcək paradda iştirak edə bilməyəcəyi barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verib.

Xatırladaq ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bundan əvvəl Baş nazirin Qələbə Paradında iştirak üçün Moskvaya dəvət edildiyini açıqlamışdı.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью