Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə səmimi və konstruktiv dialoqu davam etdirmək üçün Moskvaya səfər etmək niyyətindədir.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Paşinyan Rusiya lideri ilə görüşdən sonra bildirib.
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə çox yaxşı görüşüm oldu və biz mənim Moskvaya qarşıdan gələn səfərim zamanı səmimi və konstruktiv söhbəti davam etdirmək barədə razılığa gəldik", - Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri hər iki ölkə üçün son dərəcə vacibdir.
"Yeni mühitdə, yeni şəraitdə bu münasibətləri yenidən formalaşdırmağa ehtiyac var və mən əminəm ki, bu yenidən formalaşdırmanın nəticəsində münasibətlər daha yaxşı, konstruktiv, faydalı və səmimi olacaq", - Ermənistanın Baş naziri qeyd edib.