Paşinyan Moskvaya zəng etdi

01.07.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın baş naziri Mixail Mişustin arasında telefon danışığı baş tutub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.

Rusiya hökumətinin yaydığı məlumata görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə həyata keçirilib.

Söhbət zamanı iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələləri və müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью