Paşinyan müdafiə naziri isə Nüvədiyə gəlib

13.04.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aprelin1 2-də Ermənistanın Baş naziri Nikol Paşinyanı Zəngəzura (Sünik) səfəri zamanı müdafiə naziri Suren Papikyan da müşayiət edib.

“Cebheinfo.az” bu barədə erməni mətbuatına istinadən yazır.

“Son atışmaların fonunda Paşinyanın sərhəd bölgəsinə müdafiə nazirinin də müşayiət etməsi diqqət çəkir. Üstəlik, dünən o, Zəngəzurda onun səlahiyyətinə aid olmayan ekoloji patrul xidmətinin tətbiqinə həsr olunmuş tədbirdə iştirak edib. Bu gün Papikyan Zəngəzur mahalının Meğri rayonundakı Nüvədi kəndinə (Nrnadzor) səfəri zamanı da Paşinyanı müşayiət edib.

Xəzər
“Cebehinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью