Paşinyan: “Müxalifət noyabrın 8 dək çevriliş edə bilər”

05.11.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan deyib.
Konstitusiyada dəyişiklik edilməsi üçün planlaşdırılan referendumundan danışan hökumət başçısı bildirib ki, Ermənistan müxalifətinin məqsədi dövləti alçaltmaq, suveren hüquqları pozmaqdır. 

“Onların məqsədi ondan ibarətdir ki, Ermənistanda dövlət olmasın. Əgər yanaşmamızda real Ermənistan vizyonuna əsaslamasaq, o zaman Ermənistanın mövcudluğu sual altında olacaq”, - o vurğulayıb. 

Ermənistan müxalifətinin son günlərdəki fəaliyyətinə toxunan N.Paşinyan insanları müxalifətin sıralarına baxmağa çağırıb: 

“Yeri gəlmişkən, deyim ki, bu müxalifət formatının uğur şanslarını xeyli artıracaq bir komponent var. Düşünürəm ki, orada çox vacib bir şəxs çatışmırdı-Ktriç Nersisyan (II Qaregin). Əgər o, orada olsaydı, mənzərə tam olardı. Düşünürəm ki, bu format cəmi bir neçə gün ərzində Ermənistanda inqilaba və hakimiyyət dəyişikliyinə səbəb ola bilərdi. Amma hələ də gec deyil: məsələn, əgər onlar bu axşam bu formatda toplaşsalar, düşünürəm ki, bazar günü axşamına qədər inqilab olar”.

Mürtəza
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью