Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla yekun və dönməz sülhün əldə olunmasına əsas maneənin parlament müxalifəti olduğunu iddia edib.
Bizim.Media xəbər verir ki, o, parlamentdə hökumət saatı zamanı çıxışında bu barədə danışıb.
Paşinyanın sözlərinə görə, hazırda Azərbaycanla sülhə gedən yolda yalnız bir maneə var və bu da parlament müxalifətidir.
“Bu müxalifət özünü sülh yolunda əsas maneə kimi təqdim edir. Yəni hazırda yekun və dönməz sülhə gedən yolda bir maneəmiz var – parlament müxalifəti”, – deyə Ermənistanın baş naziri bildirib.
Paşinyan əlavə edib ki, bu vəziyyətdən çıxmaq üçün iki yol mövcuddur. Birinci yol ictimai təzyiq yaratmaqla müxalifətin bu mövqedən imtina etməsinə nail olmaq, ikinci yol isə siyasi prosesləri elə istiqamətləndirməkdir ki, həmin müxalifət parlamentdə təmsil olunmasın.
O, bütün digər məsələlərin isə “texniki iş” olduğunu vurğulayıb.
Bizim.Media