“Paşinyan müxalifəti çətin seçim qarşısında qoyub” ŞƏRH

20.11.2026

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya mətninin hazırlanması istiqamətində işlərin aparıldığını və sənədin parlamentə təqdim ediləcəyi mümkündür. Lakin yeni Konstitusiyanın referenduma çıxarılması üçün parlamentdə zəruri səs çoxluğu tələb olunur. Hakimiyyətin bu məsələdə kifayət qədər səsə malik olmaması Paşinyanı müxalifətin dəstəyini axtarmağa vadar edir”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib:

“Paşinyan artıq bir neçə siyasi variant irəli sürüb. O, Azərbaycanla sülh müqaviləsinin imzalanması və yeni Konstitusiyanın qəbul edilməsi prosesini siyasi gələcəyi ilə əlaqələndirərək, referendumda xalqın əleyhinə qərar verəcəyi təqdirdə istefa verə biləcəyini də bildirib. Hesab edirəm ki, bu, Paşinyanın müxalifət üzərində siyasi təzyiq yaratmaqdan ibarətdir.

Əgər müxalifət yeni Konstitusiyanın referenduma çıxarılmasına razılıq verməsə, Paşinyan növbədənkənar parlament seçkilərinə getməsi mümkündür. Bu halda o, müxalifəti siyasi baxımdan daha da zəiflətməyə və öz mövqelərini möhkəmləndirməyə çalışacaq.

Əslində, hazırkı siyasi proseslər göstərir ki, Ermənistan müxalifəti kifayət qədər çətin vəziyyətə düşüb. Paşinyan təşəbbüsü öz əlində saxlamağa çalışır və müxalifəti seçim qarşısında qoyur. Müxalifətin bu siyasi strategiyaya qarşı effektiv alternativ ortaya qoyması asan görünmür”.

Onun fikrincə, Paşinyan müxalifəti siyasi baxımdan sıxışdırmaq və qarşıdakı proseslərdə təşəbbüsü tamamilə ələ almaq üçün ciddi siyasi plan hazırlayıb:

“Onun əsas məqsədi yeni Konstitusiyanın qəbuluna nail olmaq, Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində irəliləmək və daxili siyasi rəqiblərinin təsir imkanlarını minimuma endirməkdir.

Proseslərin hazırkı istiqamətini nəzərə alaraq hesab edirəm ki, Ermənistanda yeni Konstitusiya ilə bağlı referendumun keçirilməsi və sənədin qəbul olunması ehtimalı yüksəkdir. Eyni zamanda, Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində də irəliləyiş olacaq. Paşinyan bununla həm ölkə daxilində siyasi mövqelərini möhkəmləndirməyə, həm də müxalifəti siyasi baxımdan dar çərçivəyə salmağa çalışır”.

Şəbnəm 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью