Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
“Əgər onlar işə düzəlsələr, qoy həbsxanada işləsinlər"
Ermənistanın Baş naziri Nikol Paşinyan Yeqeqnadzorda keçirilən seçkiqabağı mitinqdə müxalifət üzvlərini həbslə hədələyib. AYNA.AZ xəbər verir ki, tədbir "Armenia Today" “YouTube” kanalında yayımlanıb.
"Bu insanlar erməni dilini öyrənəcəklər. Amma bu, onları əmək bazarına buraxacağımız anlamına gəlmir. Düşünürəm ki, əgər onlar işə düzəlsələr, qoy həbsxanada işləsinlər", - deyə “Vətəndaş Müqaviləsi” Partiyasının baş nazirliyə namizədi bildirib.
O mitinqə Kral Davudun duası olan 5-ci Məzmuru oxumaqla başlayıb. Paşinyan bunu müntəzəm olaraq etmək niyyətində olduğunu deyib.