Paşinyan müxalifətin referendumu dəstəkləyəcəyinə əmindir

28.11.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament müxalifətinin konstitusiya referendumunun keçirilməsinin lehinə səs verəcəyinə əmin olduğunu bildirib.

Gununesi.info xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. Müsahibənin anonsu bu gün yayımlanıb.

Paşinyan bir daha müxalifəti Azərbaycanla sülh yolunda “sonuncu maneə” adlandırıb.

Ermənistanın Baş naziri, həmçinin ölkə Konstitusiyasının dəyişdirilməsindən sonra Bakının sülh müqaviləsinin imzalanması üçün yeni şərtlər irəli sürəcəyi ehtimalını istisna edib.

Gununesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью