Paşinyan narahat deyil, amma… Medvedevdən xəbərdarlıq KONKRET

28.06.2026

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ermənistanla Rusiya arasında uzun illər formalaşmış münasibətlərin pozulması ölkə vətəndaşları üçün ciddi nəticələr doğura bilər”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

O bildirib ki, onilliklər ərzində qurulan əlaqələrin qırılmasının sadə erməni vətəndaşlarına mənfi təsirləri Ermənistan rəhbərliyini narahat etmir:

“Hazırkı Ermənistan hakimiyyəti xarici siyasətdəki ambisiyalarını ölkənin milli maraqlarından üstün tutur.

Qərb Ermənistanı ilk növbədə Rusiya ilə qarşıdurmada istifadə ediləcək alət kimi görür və respublikadakı daxili siyasi balansı dəyişməyə çalışır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью