Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
“Daşnaksütyün”dan Artaşat icmasının rəhbəri vəzifəsinə namizədin həyat yoldaşı 2022-ci ilin mart ayından Vahid Sosial Xidmətdə baş mütəxəssis vəzifəsində çalışır”.
“Cebheinfo.az” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə “Facebook” səhifəsində yazıb.
O, daha sonra qeyd edib:
"Bu namizəd, onun partiya yoldaşları və tərəfdarları bizi siyasi baxışlarına görə insanları işdən çıxarmaqda ittiham edirlər. Yeri gəlmişkən, bu namizəd iki cinayət işində təqsirləndirilən şəxsdir. Daha da şey deyəcəyəm. Hökumət sistemində belə insanların olması Rob, Serj, daşnaklar və kalujinlərlə (Samvel Karapetyan nəzərdə tutulur - red.) gizli şəkildə əlaqəli olduğumuza dair əsas yaradır.
Çoxları deyir ki, biz inqilab etmişik, daşnaklar və respublikaçılar yenidən hakimiyyətdədirlər.
İndi mən nə etməliyəm? Bu insanları işdən çıxarmalıyam, yoxsa saxlamalıyam?”.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin