Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, vətəndaşların əksəriyyəti bunu tələb edərsə, o, vəzifəsini tərk etməyə hazırdır.
Bizim.Media xəbər verir ki, erməni siyasətçinin sözlərini “Armenpress” agentliyi yayıb.
“Əgər 700 min insan - bu, seçicilərin 50 faizindən çoxu deməkdir – “Nikol, qal” desə, Nikol qalacaq. Əgər insanlar “Nikol, get” desə, Nikol kimdir ki, getməsin? Nikol xalqın xidmətçisidir”, — deyə o bildirib.
Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək. Seçki kampaniyasında iştirak etmək niyyətini artıq hakim “Vətəndaş Müqaviləsi” partiyası (lideri - Nikol Paşinyan), eks-prezident Robert Koçaryan, “Birliyin qanadları” təşəbbüsünə rəhbərlik edən keçmiş ombudsman Arman Tatoyan, həmçinin iyunun 18-dən bəri həbsdə olan sahibkar Samvel Karapetyanın ideoloji lideri hesab olunduğu “Öz bildiyi kimi” hərəkatı bəyan ediblər.
Bizim.Media