Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi VİDEO

29.11.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Ermənistan Baş naziri Nikol Paşinyan qızı ilə birlikdə Dövlət Caz Orkestrinin konsertində iştirak edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Paşinyan konsertdən qısa görüntüləri özünün Feysbuk hesabında paylaşıb.

“Məryəmlə mən Ermənistan Dövlət Caz Orkestrinin konsertində iştirak etdik”, – Paşinyan bildirib.

Paşinyanın paylaşdığı videoda orkestr dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasından parça ifa edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью