Paşinyan Olivye ilə vidalaşdı

03.09.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki fəaliyyətini başa vuran Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi ilə görüşüb.
Ermənistan hökumətinin saytında yayılan məlumata görə, görüş zamanı Paşinyan səfirə iki ölkə arasında əməkdaşlığa verdiyi töhfələrə görə təşəkkür edib.
Ermənistanın baş naziri Fransa ilə ölkəsi arasında strateji tərəfdaşlığın qurulmasını, iqtisadiyyat, infrastruktur, mədəniyyət və digər sahələrdə əlaqələrin dərinləşdirilməsini və genişləndirilməsini vurğulayıb.
Olivye Dekotinyi isə Paris və İrəvan arasında münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Olivye Dekotinyi Fransanın Ermənistandakı səfiri vəzifəsində fəaliyyətini başa vurub.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью