Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanda yüksək vəzifə dəyişikliyi gözlənilir.
Modern.az xəbər verir ki, Ermənistanın keçmiş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin oluna biləcəyi iddia edilir.
Bu barədə “İravunk” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Armen Qriqoryan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə namizədlərdən biridir.
Hazırda onun mümkün təyinatı ilə bağlı Ermənistan hakimiyyəti tərəfindən rəsmi açıqlama verilməyib.