Paşinyan: “Onların Azərbaycanda doğulub böyüdüklərini nəzərə alsaq...”

24.08.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Yeni konstitusiyanın qəbul edilməsi Ermənistanın gündəliyindədir”. 

“Cebhenfo.az” xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan bu gün palamentdə hökumətin növbəti beş il üçün proqramını təqdim edərkən bildirib.

"Yalnız ona görə yox ki, biz bu kursu müəyyən edərək  2020-ci ilin fevral ayında həm də elan etmişik. hHəm də ona görə ki, indi Ermənistan Respublikası vətəndaşları “Vətəndaş Müqaviləsi” Partiyasına səs verərək bu gündəliyə də səs veriblər, çünki yeni Konstitusiyanın qəbul edilməsi seçki proqramının əsas müddəalarından biridir”,-deyə Paşinyan vurğulayıb. 

O qeyd edib ki, Ermənistan xalqının öz qanuni və sərbəst iradə ifadəsi ilə qəbul edilmiş Konstitusiyaya sahib olmaq hüququ var:

"Digər tərəfdən, Azərbaycanın konstitusiya islahatı mövzusunu çox fəal şəkildə qaldırdığı və hətta vasitəçilik etdiyi danılmazdır. Bu, hamıya məlum faktdır. 

Amma əgər bu, bəzi müxalifət dairələrinin iddia etdiyi kimi, yeni Konstitusiya məsələsinin Azərbaycanın gündəliyi olması deməkdirsə, gəlin geri qayıdıb Üçüncü Respublikanın tarixinə nəzər salaq. eEyni məntiqlə, 1994-cü ildən bəri Azərbaycan yeddi rayonun qaytarılması məsələsini ardıcıl olaraq qaldırıb, yəni Ermənistanda bununla bağlı heç bir təşəbbüs olmayıb. 

Qarabağ nizamlanması danışıqlarından dərc olunmuş sənədlər də təsdiq edir ki, bütün əvvəlki Ermənistan hakimiyyəti, siyasi qüvvələr və ya liderlər, tərəfdarlar və ya iki hazırkı müxalifət fraksiyasının nümayəndələri bu məsələni fəal şəkildə müzakirə ediblər.

Bəs onlar nə ətrafında danışıqlar aparırdılar? Niyə Ermənistanı 24 il ərzində Azərbaycanın gündəliyində saxladılar? Niyə onlar Azərbaycan gündəliyinə əsaslanırdılar? Ona görə ki, Azərbaycanın əmrləri ilə hərəkət edirdilər? 

Yoxsa Azərbaycanda doğulub böyüdüklərini nəzərə alsaq, Azərbaycanın adamı idilər?” 

Yeni Konstitusiyanın mətninə gəldikdə, Paşinyan yenə bildirib ki, sənəd yaxın aylarda dərc ediləcək: 

“Dediyim kimi, yeni Konstitusiya 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad etməməlidir. Niyə? Bunun bir sadə səbəbi var. Biz Qarabağ hərəkatını davam etdirmək yox, bitirmək qərarına gəlmişik.

Biz bu qərarı verdik və xalq bunu təsdiqlədi. Çünki yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad Qarabağ hərəkatını davam etdirmək, münaqişə məntiqinə qayıtmaq demək olardı və biz bunu edə bilmərik. 

Xüsusən də xalqımızın sülhə səs verdiyi və sülh gündəliyinin indi milli gündəm olduğu 2026-cı il milli seçkilərindən sonra bunu edə bilmərik”.

Paşinyan vurğulayıb ki, Azərbaycanla mövcud olan sülhü qorumaq, gücləndirmək və institutlaşdırmaq hökumətin əsas prioritetidir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью