Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Artur Cavadyan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb.
Bu barədə "Aysor" məlumat yayıb.
"Diplomatik xidmət haqqında" Qanunun 16-cı maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Artur Cavadyan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsindən azad edilsin", - deyə qərarda bildirilir.
Ermənistan KİV-ə görə, Artur Cavadyan 2008-2020-ci illərdə isə Ermənistan Mərkəzi Bankının sədri olub. 2020-ci il iyunun 16-da Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə xüsusi tapşırıqlar üzrə səfir təyin edilən Cavadyan, həmçinin 2020-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasında Ermənistanın nümayəndəsi olub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)