Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın Rusiyadakı yeni səfiri xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan ola bilər.
Hurriyyet.media xəbər verir ki, bu barədə "Past" qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Səfəryan Ermənistan Xarici İşlər Nazirliyində Avrasiya istiqamətinə cavabdehdir.
Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan hazırkı səfir Qurgen Arsenyanın fəaliyyətindən narazıdır və Ermənistan-Rusiya münasibətlərindəki gərginlik fonunda onu geri çağırmaq niyyətindədir.
Nəşrin yazdığına görə, Arsenyanın geri çağırılması ilə bağlı qərar artıq verilib, lakin Ermənistan hakimiyyətindən hələlik rəsmi şərh daxil olmayıb.
Xatırladaq ki, Arsenyan Ermənistanın Moskvadakı diplomatik missiyasına 2024-cü ilin avqustunda rəhbərlik etməyə başlayıb. Bu təyinata qədər o, hakim "Mülki Müqavilə" partiyasından parlamentin deputatı olub.