Paşinyan onu qəbul etdi

18.08.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Nikol Paşinyan ABŞ Nümayəndələr Palatasının üzvü Abraham Hamadı qəbul edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. 

Ermənistan-ABŞ münasibətlərinin ardıcıl inkişafına önəm verdiyini deyən Baş nazir son zamanlar onların dinamik hala gəldiyini qeyd edib. 

Nikol Paşinyan Ermənistanla ABŞ arasında əlaqələrin siyasi, iqtisadi və texnoloji sahələrdə genişlənməyə davam edəcəyinə əmin olduğunu bildirib.

Abraham Hamad Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması məsələsinə toxunub və bu məsələdə Baş nazir Paşinyanın şəxsi rolunu və ardıcıllığını vurğulayıb. 

Görüşdə regional proseslər, eləcə də TRIPP layihəsinin gedişatı ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью