Paşinyan onu Türkiyəyə göndərir

30.06.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Türkiyəyə səfər edəcək.

“Cebheinfo.az”-ın məlumatına görə, müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Avanesyan iyulun 1-dən 2-dək İstanbulda olacaq və nazirlərin “Zəlzələlərin əhalinin sağlamlığına təsirinə səhiyyə sistemlərinin hazırlığı və reaksiyası” mövzusunda konfransında iştirak edəcək.

Annait Avanesyanın Türkiyəyə işgüzar səfəri zamanı səyahət və qalmaq xərcləri tədbirə ev sahibliyi edən ölkə tərəfindən ödəniləcək.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью