Paşinyan onunla Azərbaycanla bağlı müzakirə apardı

15.02.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri məlumat paylaşıb.

O bildirib ki, görüş çərçivəsində Almaniya-Ermənistan ikitərəfli gündəliyindəki əsas məsələləri, həmçinin Ermənistanın Avropa Birliyi ilə tərəfdaşlığının perspektivlərinə diqqət çəkilib.

"Ermənistan-Azərbaycan normallaşma prosesinin hazırkı mərhələsinə də toxunduq", - Paşinyan əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью