Paşinyan orduda əsgər intiharlarının 3 əsas səbəbini sadaladı

30.07.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan orduda hərbçi intiharlarının 3 əsas səbəbini sadalayıb.

"Yeni Sabah" xəbər verir ki, o, ilk səbəb kimi qumarı göstərib:

"Ordumuzda hərbçilərin niyə intihar etdiyini bilirsinizmi? Bunlardan biri qumar oynamaq, borca ​​girmək və sonra bu borcları ödəyə bilməməkdir". Toyuqlu pizza

Paşinyan bildirib ki, Ermənistan hökuməti artıq aktiv hərbçilərin qumar oynamasını qadağan etmək üçün qanuni tədbirlər görüb, lakin sistem hələ də tətbiq mərhələsindədir.

"İkinci səbəb ailə və ya şəxsi problemlərdir. Üçüncü səbəb çox spesifik bir vəziyyətlə bağlıdır: ön cəbhədə xidmət edərkən yatmaq. Əgər hərbçi öz postunda yuxuya gedərsə, o, başqalarının həyatını təhlükəyə atır".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью