Paşinyan Ovannisyanı istefaya göndərdi

02.06.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan Polisinin rəisi, daxili işlər nazirinin müavini general-mayor Aram Ovannisyan vəzifəsindən azad edilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu barədə qərar imzalayıb. 

Bildirilib ki, Ovannisyanın istefaya göndərilməsindən bir neçə dəqiqə əvvəl onun Paşinyanın tələbi əsasında istefa ərizəsi yazması məlum olub.

Qərarın səbəbi isə açıqlanmayıb. 

Qeyd edək ki, A.Ovannisyan 1990-cı illərdən Ermənistanın daxili işlər orqanlarında işləyib, 2023-cü ilin yanvarında isə Ermənistan Polisinin rəisi təyin edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью