Paşinyan: Öz əlimizlə dövləti məhv edirik

15.11.2024

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Nə qədər ki, vətəndaşa "öz əməlinin nəticələrinə görə məsuliyyət daşımalıdır" deməyə ixtiyarımız yoxdur, o vaxtadək  biz dövlətə çevrilməyəcəyik.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Adam gedir, bankdan kredit götürür, sonra evi girov qoyur. Biznesə başlayır, biznesi alınmır. Sonra bölgələrə səfər edəndə mənə məktubla müraciət edir ki, evimi itirirəm, zəhmət olmasa, imkan verməyin. Evimiz olan dövləti biz öz əlimizlə məhv edirik, bu həqiqətdir. İnsanlarla birbaşa danışmaq lazımdır", - Paşinyan qeyd edib.

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью