Paşinyan Paris küçəsindən VİDEO paylaşdı KONKRET

09.09.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Baş nazir Nikol Paşinyan Parisdən video yayımlayıb və onu “Boş vaxt, Paris, artişoklar (lat. Cynara cardunculus — mürəkkəbçiçəklilər fəsiləsinə aid olan, yeməli bitki növüdür. Xarici görünüşünə görə böyük şam qozasına və ya qönçə halında olan tikanlı çiçəyə bənzəyir)” başlığı ilə müşayiət edib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

“Parisə kommersiya reysi ilə uçmağın yaxşı tərəfi odur ki, boş vaxt yaranır və bu fürsətdən, həmçinin Parisin artişok mövsümü olmasından istifadə edərək artişok dadmaq üçün Parisə gəlmişik”, deyə o, əlavə edib.

“Yeri gəlmişkən, deyirlər ki, Ermənistanda artıq artişok yetişdirməyə başlayıblar və bunun Fransaya ixrac üçün böyük potensialı var”, Paşinyan qeyd edib.

Xatırladaq ki, Nikol Paşinyan iki günlük iş səfəri ilə Fransaya yollanıb.

Parisdə baş nazir Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək. Ermənistanın rəhbəri, həmçinin sosial şəbəkədəki səhifəsində təyyarədən video yayımlayaraq Fransa prezidenti Makronla da görüşəcəyini bildirib.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью