Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, parlament seçkilərindən əvvəl Ermənistan hakimiyyətinin gündəliyində Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsi var.
“Mənim gündəliyim var. Gəlin qavrayışlardan danışmayaq. Gündəlikdə [sülh sazişi layihəsi ilə bağlı] müzakirələr ötən ilin mart ayında başa çatdığı üçün ötən ilin dekabr, yanvar, oktyabr və aprel aylarında imzalanması nəzərdə tutulmuşdu. Ona görə də biz işimizi davam etdirəcəyik”, - deyə Paşinyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib . O, sazişin 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvəl imzalanacağına inanıb-inanmadığı ilə bağlı suala cavab verib.