Paşinyan parlament seçkilərinin MESAJINI VERDİ

17.11.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaqarşapatın genişləndirilmiş icmasında keçirilən bələdiyyə seçkilərində Mülki Müqavilə Partiyasının qalib gəldiyini bildirib.

Bakıvaxtı.az bildirir ki, o, seçiciləri demokratik səsvermə münasibətilə təbrik edərək onların qərarını dövlətçilik və suverenliyə verilən dəstəyin göstəricisi kimi qiymətləndirib.

Paşinyan qeyd edib ki, Argişti Mexakyanın icma rəhbəri seçilməsi sülhsevər və firavan Ermənistan ideyasına inamı gücləndirir.

Baş nazir seçicilərin partiyanın əvvəlki fəaliyyətini yüksək dəyərləndirdiyini və buraxılmış səhvləri bağışladığını vurğulayıb.

O, həmçinin bütün Ermənistan ictimaiyyətini 2026-cı il parlament seçkiləri öncəsi “gurultulu müqəddimə” adlandırdığı nəticələr münasibətilə təbrik edib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью