Icma.az, Oxu.az saytına istinadən bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ili sülh üçün kritik il adlandırıb.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, o, bu barədə 2026-cı il dövlət büdcəsi layihəsi ilə bağlı parlament dinləmələrində bildirib.
"İyun ayında keçiriləcək parlament seçkisi bir əsas suala cavab verəcək: Ermənistan xalqı sülhə sadiqliyini təsdiqləyəcəkmi? Əks halda, ölkə münaqişəyə və forpost məntiqinə sürüklənmək riski ilə üzləşəcək", - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, sülhə doğru kursun təsdiqlənməsi həmçinin müstəqilliyin, suverenliyin və dövlətçiliyin yeni səviyyəsini ifadə edəcək.