Paşinyan parlament sədrini dəyişir Yeni namizəd açıqlandı | Icma.az
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan gələcək parlamentdə spiker vəzifəsini ölkənin ABŞ-dakı keçmiş səfiri Lilit Makuntsun tutmasını istəyir.Modern.az xəbər verir ki, bu barədə “Hraparak" qəzetinin məlumatında bildirilib.
Qeyd edilib ki, bunun üçün o, seçki siyahısının təsdiqlənməsi məqsədilə partiyadaxili səsvermə zamanı Makuntsun ən çox səs toplamasını istəyir.Qəzet bildirir ki, hakim “Vətəndaş müqaviləsi” Partiyası seçki siyahısını təsdiqləmək üçün 15 fevralda qurultay keçirəcək.
Partiyanın 1000 nümayəndəsi artıq təsdiqlənmiş 280 nəfərlik siyahıdan ilk 50 namizədi seçəcək.
Qəzet qeyd edir ki, Paşinyan seçkilərin demokratik mahiyyətini nümayiş etdirməlidir, ona görə də seçkiləri iki mərhələdə keçirmək niyyətindədir.
Birincisi, nümayəndələr sadəcə 50 namizəd seçəcəklər (siyahıdakı mövqeyini müəyyən etmədən) və vəzifə ikinci mərhələdə müəyyən ediləcək.
Məhz bu ikinci mərhələdə baş nazir sabiq səfir Makuntsun yüksək yerini təmin etmək niyyətindədir.Daha əvvəl "Joğovurd" qəzeti hakim partiyanın üç gün ərzində canlı yayım vasitəsilə seçki siyahısının tərkibini və nömrələrini təsdiqləməyi planlaşdırdığını bildirmişdi.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək.Ermənistanda parlamentinə hazırda Alen Simonyan rəhbərlik edir.
Tam oxu
Xəbəri oxu