Paşinyan Petrosyanı minnətçi saldı: Kreml iki şərt qoydu

19.02.2025

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan eks-prezident vasitəsilə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır, lakin ona iki şərt qoyulub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Ötən gün Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüb. Bir neçə gün əvvəl o, İran səfiri Mehdi Sübhani ilə görüşmüşdü. Eks-prezidentin fəaliyyəti Paşinyanın şəxsi xahişi ilə bağlıdır. Baş nazir öz vasitəçiliyi ilə barışıq yolunu tapmağa çalışır.

Paşinyanı və onun zədələnmiş reputasiyasını xilas etmək üçün Moskva iki şərt irəli sürür: Nikol onu narahat edən suallara cavab aldığını bildirərək, KTMT-dən çıxmaqla bağlı həll olunmamış məsələni bağlasın. Dəmir yolu üzərində nəzarətlə bağlı Rusiya ilə qarşılıqlı məqbul variantları müzakirə etməyə başlasın”, - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью