Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda İran Prezidenti Məsud Pezeşkian və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
Sherg.az xəbər verir ki, görüşlər BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilib.
Pezeşkianla görüşdə Ermənistan-İran əməkdaşlığının inkişafı, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və regionda sülh və sabitliyin təmin olunması məsələləri müzakirə edilib.
Mitsotakis ilə görüşdə isə Ermənistan-Yunanıstan münasibətlərinin inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi, Ermənistan-Aİ münasibətləri və regional əməkdaşlıq proqramları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Paşinyan sentyabrın 22-dən Nyu-Yorkda işgüzar səfərdədir və BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edir.