Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Oktyabrın 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, Nikol Paşinyan görüşün videosunu yayımlayıb. Videoda Pezeşkian qəbul və qonaqpərvərliyə görə ona təşəkkür edib, Ermənistan Baş naziri isə ona uğurlu səyahət arzulayıb.
Pezeşkian COP-17 Liderlər Zirvəsində iştirak etmək üçün İrəvana gedib. COP-17 Liderlər Zirvəsi oktyabrın 16-da İrəvandakı Meridian Sərgi Mərkəzində açılıb.
Zirvənin açılış mərasimi dünən İrəvandakı Karen Dəmirçiyan adına İdman və Konsert Kompleksində baş tutub.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin