Paşinyan Pezeşkianla nə danışdı?..

09.10.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Modern.az xəbər verir ki, Paşinyan görüş barədə sosial şəbəkə hesabında bildirib və videokadrlar paylaşıb.

Görüş Türkmənistanda baş tutub.

Tərəflər yüksək səviyyədə intensiv ikitərəfli təmasların əhəmiyyətini vurğulayıb, bu görüşlərin Ermənistan-İran münasibətlərinin ardıcıl inkişafına və genişlənməsinə töhfə verməsindən məmnunluqlarını ifadə ediblər.

Nikol Paşinyan iki ölkə arasında geniş əməkdaşlıq gündəliyinin olduğunu bildirib. O, İran şirkətlərinin Ermənistanda həyata keçirilən strateji layihələrdə iştirak etdiyini vurğulayıb.

Tərəflər yaxın gələcəkdə Ermənistan-İran münasibətlərinin yeni səviyyəyə yüksələcəyinə əminliklərini ifadə ediblər. Qarşıdakı dövrdə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi də qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью