Paşinyan Pezeşkiyanla sülh sazişindən danışıb

21.03.2025

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

IRNA-nın məlumatına görə, onlar ikitərəfli münasibətlərə aid məsələləri nəzərdən keçiriblər. Eyni zamanda, Qafqazda baş verən son hadisələr, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi ilə əlaqədar fikir mübadiləsi aparıblar.
Paşinyan qarşı tərəfə saziş üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib. Pezeşkiyan tərəflərin sülh sazişində razılığa gəlmələrindən məmnunluğunu dilə gətirib. O diqqətə çatdırıb ki, İran qonşuları arasında sülh və sabitliyin qurulmasını həmişə alqışlayıb.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью