Paşinyan prezidentlə sabitliyi qoruyanların mükafatlandırılmasını müzakirə etdi

26.06.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan dövlətçiliyi, təhlükəsizliyi və sabitliyinə qarşı yönəlmiş cinayətin üstünü açan güc strukturlarının əməkdaşları dövlət mükafatlarına təqdim edilməlidirlər.

Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

"Dövlətçiliyimizə, Ermənistanın təhlükəsizliyi və sabitliyinə qarşı yönəlmiş cinayətin üstü açılıb və bu planın həyata keçirilməsinin qarşısı alınıb. Hüquq-mühafizə strukturlarımızın bütün nümayəndələrinə təşəkkür etmək istəyirəm", - o qeyd edib.

Baş nazir həmçinin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla bu planın ifşa edilməsində fəal iştirak edən hüquq-mühafizə strukturlarının bütün nümayəndələrinin dövlət mükafatlarına təqdim edilməsi məsələsini müzakirə etdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью