Paşinyan Putindən qorxmur YENİ demarş

31.07.2026

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanda baş nazir Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında iyulun 27-də baş tutan telefon danışığı hələ də geniş müzakirə olunur.

Siyasi şərhçi Mikael Badalyan hesab edir ki, bu danışıq İrəvanın Moskva ilə münasibətlərdə gözlədiyi nəticəni verməyib və Ermənistan hakimiyyətinin siyasətinin iflasını nümayiş etdirib.

Onun sözlərinə görə, əvvəlki Ermənistan rəhbərləri Qərblə Rusiya arasında balans yaratmağa çalışsalar da, Paşinyan fərqli yol seçib (Publika.az). Badalyan vurğulayıb ki, Paşinyan Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirərkən, eyni zamanda Rusiyanın ölkəsinə əvvəlki kimi dəstək verməsini gözləyib. O bildirib ki, Moskva artıq İrəvanın bu siyasətinə inanmır və Rusiya üçün vacib olan sözlər deyil, konkret addımlardır.

Badalyana görə, Paşinyan isə referendumun yalnız Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət edəcəyi halda keçiriləcəyini deyib.

Maraqlıdır ki, bu arada Ermənistan hökuməti Rusiya daxil, Aİİ-yə üzv ölkələrdən gətirilən tomat pastasının idxalına altı aylıq qadağa tətbiq edib. Müvafiq qərar hökumətin iyulun 30-da keçirilən iclasında qəbul olunub.

“Bu qərarın nəticəsində yerli istehsal olunan tomat pastasının satış həcmləri artacaq, pomidora tələbat yüksələcək və emal üçün nəzərdə tutulan məhsulun tam şəkildə satın alınması təmin ediləcək”, - qərarda deyilib.

Bir sözlə, Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Paşinyan öz bildiyini edir, mövcud siyasətini davam etdirir. O halda Kreml İrəvanı necə ram edəcək? Daha hansı təzyiq üsulları qaldı?


Siyasi analitik Asif Nərimanlı Rusiyanın Paşinyana təzyiqləri bundan sonra daha da artıracağını gözləyir. Rusiyanın Ermənistan üzərində yeganə təsir rıçağının iqtisadi məhdudiyyətlər olduğunu deyən təhlilçiyə görə, Paşinyanla Putinin telefon söhbəti problemin həlli ilə nəticələnmədi.

“Məsələ budur ki, Ermənistan siyasi və hərbi təhlükəsizlik baxımından Qərbdə alternativlər tapsa da, iqtisadi olaraq, hələ də Rusiyadan, ümumilikdə Avrasiya İqtisadi Birliyi bazarından asılıdır. Moskva da anlayır ki, ya indi, Ermənistan alternativ tapmadan bu imkandan maksimum istifadə etməli və maraqlarının nəzərə alınmasına, yaxud rəsmi İrəvanın avrointeqrasiya siyasətinə korektlər etməsinə nail ola bilər, ya da sonra gec olacaq. Buna görə Rusiyanın iqtisadi müstəvidə təzyiq siyasətini genişləndirəcəyi gözləntisi böyükdür”,_ deyə Nərimanlı bildirib.

Ekspert istisna etmir ki, iqtisadi rıçaqların işə salınması Ermənistanı daha da çətin vəziyyətə sala bilər: “Çünki bu istiqamətdə alternativ imkanları məhduddur. Paşinyan hakimiyyəti vəziyyətdən çıxmaq üçün daxili bazarda müəyyən dəyişiklər edə, eyni zamanda, Avropadan daha çox dəstək almaq istiqamətində çalışa bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью