Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya gözlənilən rəsmi səfəri zamanı Prezident Vladinir Putinlə keçirəcəyi görüşdə müzakirə edəcəyi məsələlərin gündəliyini açıqlayıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Nikol Paşinyan bu barədə “Bun” TV-yə açıqlamasında danışıb.
“Bütün mümkün məsələlərin qarşılıqlı məqbul ola biləcək bütün həll yolları, o cümlədən dəmir yolu, qaz məsələsi müzakirə olunacaq. Dəmir yolu məsələsi ən mühüm məsələlərdən biridir… Çünki bilirsiniz ki, Ermənistan 30-35 ildir Türkiyə və Azərbaycan tərəfindən tam və bütünlüklə blokadadır”, - deyə Baş nazir qeyd edib. Dəmir yolunun hazırkı idarəetmə modelinə toxunan Nikol Paşinyan qeyd edib ki, beynəlxalq investorlar sanksiya risklərinə görə iştirakdan çəkinirlər. Bu kontekstdə erməni tərəfi idarəçini dəyişməyi təklif edir.
“İndi bizim gözləntimiz nədir: Rusiyanın konsessiya hüququnu bizim razılığımızla məqbul olan üçüncü tərəfə satması. Üstəlik, həmin üçüncü tərəf həm Ermənistan Respublikası, həm də Rusiya Federasiyası üçün qarşılıqlı məqbul olmalıdır”,- deyə Baş nazir əlavə edib. Ekspert dairələrində Qazaxıstan adının hallanmasını şərh edən baş nazir qeyd edib ki, bu mülahizələr həmin ölkənin təcrübəsi və infrastrukturu ilə şərtlənir:
“Bilmirəm niyə hamının yadına ilk növbədə Qazaxıstan gəlir, bəlkə də ona görə ki, Qazaxıstan kifayət qədər yaxşı inkişaf etmiş dəmir yolu infrastrukturuna malikdir”.
Paşinyan bildirib ki, Ermənistan Respublikası üçün dəmir yolunun idarə edilməsinin Qazaxıstana verilməsi məqbuldur və belə ssenariyə qarşı deyillər.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin