Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə yaxın vaxtlarda görüş keçirə biləcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Bildirilib ki, Paşinyan jurnalistlərə açıqlamasında Putinlə görüş ehtimalını təsdiqləyərək, "Görüş mümkündür. Hər halda, mütləq müzakirələr və əlaqələrimiz olacaq", - deyə bildirib.
Məlumata görə, tərəflər iyulun 27-də telefon danışığı apararaq Ermənistanın xarici siyasət kursu və iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qeyd olunub ki, Nikol Paşinyan Vladimir Putinlə telefon danışığını məhsuldar qiymətləndirib.
Aminə ŞAHSUVARQIZI