Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Prezidenti Vladimir Putinlə Bişkekdə keçirilən görüşü müsbət qiymətləndirib.
Demokrat.az xəbər verir ki, Paşinyan bu barədə “Telegram” kanalında paylaşım edib.
“Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı görüş keçirdim.
Yaxın müddətdə səmimi və konstruktiv dialoqu davam etdirmək barədə razılığa gəldik. Ermənistan və Rusiya arasındakı ikitərəfli münasibətlərin hər iki ölkə üçün son dərəcə vacib olduğunu qeyd etmək lazımdır.
Eyni zamanda, yeni mühitdə və yeni şəraitdə bu münasibətlərin transformasiyaya ehtiyacı olduğunu da etiraf etməliyik. Əminəm ki, bu transformasiyanın nəticəsində münasibətlərimiz daha yaxşı olacaq”, – deyə Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısı həmçinin Putinlə yaxın vaxtlarda Moskvaya səfər etmək barədə razılığa gəldiklərini açıqlayıb.
Qeyd edək ki, Putin və Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Bişkekdə görüşüblər. Görüş zamanı tərəflər Ermənistan-Rusiya münasibətlərinin gələcəyi, eləcə də İrəvanın xarici və iqtisadi istiqamətləri ilə bağlı məsələləri müzakirə ediblər.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, Paşinyan bu barədə “Telegram” kanalında paylaşım edib.